İki məşqçimiz dünya reytinqində ən yaxşı baş məşqçilər sırasında

Tokio, 18 dekabr , /AJMEDIA/

Futbol üzrə dünyada ən yaxşı baş məşqçilərin dekabr ayı üçün reytinqi açıqlanıb.
AJMEDIA xəbər verir ki, siyahıda 500 ən yaxşı mütəxəssis yer alıb.
Azərbaycan klublarından “Neftçi”nin çalışdırıcısı Laurentsiu Regekampf iki pillə irəliləyərək 1627 xalla 175-ci yeri tutur. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da iki pillə yüksəlib. O, 1595 xalla 207-ci yerdə qərarlaşıb.
Siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci, Joze Mourinyo (2063) üçüncü sıradadırlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts