Hindistanda avtobus çaya düşüb, azı 13 nəfər ölüb

Tokio, 18 iyul , /AJMEDIA/

Bazar ertəsi günü Hindistanın mərkəzində yerləşən Madhya-Pradeş ştatında sərnişin avtobusunun Narmada çayına düşməsi hadisəsi nəticəsində azı 13 nəfər həlak olub.
AJMEDIA xəbər verir ki, NDTV telekanalının məlumatına görə, qəzaya uğrayan avtobusdakı 15 nəfər xilas edilib. Qəzanın səbəbləri araşdırılır. İlkin məlumata görə, sürücü yolun mürəkkəb hissəsində idarəetməni itirib. Rayon administrasiyanın bir qrup məmuru hadisə yerinə gəlib, yaralılara lazımi yardımlar göstərilməsi üçün tapşırıq verilib.
Hindistan ölümlə nəticələn yol-nəqliyyat hadisələrinin sayının ən yüksək olduğu ölkələr sırasında liderlərdən biridir. Rəsmi statistikaya əsasən, 2019-cu ildə ölkənin avtomobil yollarında baş verən qəzalar nəticəsində 151 mindən çox ölüm halı qeydə alınıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts