Gürcüstanın Gelati məbədində ikinci dəfə yanğın olub

Tokio, 17 yanvar , /AJMEDIA/

Gürcüstanın qərbində Kutaisi yaxınlığında yerləşən məşhur Gelati monastırında yenidən yanğın olub.
AJMEDIA xəbər verir ki, yanğın məbədin rəhbəri keşiş İoseb Burcanadzenin hücrəsində baş verib.
Keşiş yanğını söndürməyə cəhd edərkən ciddi xəsarət alıb. Yerli mətbuatın yazdığına görə, bədəninin 50 faizi yanan din xadimi Kutaisidə xəstəxanaya yerləşdirilib.
Yanğının hansı səbəbdən baş verdiyi barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, bu, son bir neçə ay ərzində məbəddə baş verən ikinci yanğın hadisədir. Keçən ilin oktyabr ayında baş vermiş yanğın nəticəsində məbəd kompleksinin ikinci əsas binasının yarısı yanaraq yararsız hala düşmüşdü.
Məlumat üçün bildirək ki, orta əsrlərə aid olan Gelati məbədində bir sıra tarixi abidələr, o cümlədən məşhur Gəncə qapılarının bir hissəsi saxlanılır.
Məbədin ərazisində Gelati Akademiyası, eyni zamanda, gürcü çarı David Aqmaşenebelinin qəbiri yerləşir. Kompleks unikal freskaları, eləcə də Qafqazın ən zəngin Bizans üslublu mozaikaları ilə tanınır.
Gelati monastır kompleksi 1994-cü ildən UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts