“Grand Chess Tour”: Şəhriyar Məmmədyarov rapid yarışında yeddinci yeri tutub

Tokio, 23 iyul , /AJMEDIA/

Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə “Grand Chess Tour” seriyasının 3-cü mərhələsinin rapid yarışı başa çatıb.
AJMEDIA xəbər verir ki, turnirdə iştirak edən Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov bu gün 3 turda iştirak edib. O fransalı şahmatçı Maksim Vaşye-Laqrava uduzub, ABŞ təmsilçiləri Leyner Dominqes, Uesli So ilə heç-heçə edib.
Yekun nəticələrə görə, Ş.Məmmədyarov 9 xalla yeddinci yeri tutub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts