Futbol üzrə Azərbaycan U-21 millisi seçmə mərhələdə növbəti oyununu keçirəcək

Tokio, 26 mart , /AJMEDIA/

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

AJMEDIA xəbər verir ki, Samir Əliyevin başçılıq etdiyi komanda doğma meydanda Ukraynanı qəbul edəcək. “Azərsun Arena”da baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.

Görüşün baş hakimi xorvatiyalı Dario Bel olacaq.

Qeyd edək ki, Azərbaycan milisi 5 oyundan sonra topladığı 3 xalla sonuncu – altıncı pillədə qərarlaşıb. Rəqib Ukrayna yığması isə 15 xalla turnir cədvəlinə başçılıq edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts