Futbol üzrə Azərbaycan Premyer Liqası: “Şamaxı”-“Qəbələ” oyunu heç-heçə yekunlaşıb

Tokio, 15 oktyabr , /AJMEDIA/

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun oyunları başlayıb.
AJMEDIA xəbər verir ki, ikinci dövrənin ilk oyununda “Şamaxı” komandası “Qəbələ” ilə qarşılaşıb. Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Oyunda hesabı 60-cı dəqiqədə qonaqlar açıblar. Belə ki, Adil Nağıyev topu öz qapısından keçirib. Meydan sahiblərindən Kamran Quliyev isə 75-ci dəqiqədə hesabı bərabərləşdirib.
Bununla da xallarını 16-ya çatdıran “Qəbələ” beşinci pillədəki mövqeyini qoruyub, aktivində 3 xal olan “Şamaxı” isə sonuncu yerdədir.
Qeyd edək ki, X turun “Turan Tovuz” – “Səbail”, “Sabah” – “Zirə” oyunları oktyabrın 15-də, “Kəpəz” – “Neftçi” və “Qarabağ” – “Sumqayıt” qarşılaşması isə bir gün sonra olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts