Filippin sahillərində 5,1 bal gücündə zəlzələ olub

Tokio, 30 yanvar, /AJMEDIA/

Yanvarın 30-da Filippinin Luson adasının qərb sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

AJMEDIA xəbər verir ki, bu barədə Honkonq seysmoloji observatoriya şəbəkəsi məlumat yayıb.

Yeraltı təkanların episentrinin Cənub Çin dənizində, Baqio şəhərindən 270 kilometr cənub-şərqdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts