FIFA klublararası dünya çempionatının formatında dəyişiklik edib

Tokio, 15 mart , /AJMEDIA/

FIFA futbol üzrə klublararası dünya çempionatının formatında dəyişiklik edib.
AJMEDIA xəbər verir ki, çempionat 2025-ci ildən 32 komandanın iştirakı ilə keçiriləcək.
Turnirdə UEFA Çempionlar Liqasının 2021-2024-cü illərdəki qalibləri, Avropanın reytinqə görə ilk 8 klubu, Afrika, Asiya və Şimali Amerikanın hərəsindən 4, Cənubi Amerikadan 6, Avstraliyadan 1 və ev sahibi ölkənin 1 klubu iştirak edəcək.
Qeyd edək ki, indiyədək çempionat altı komandanın iştirakı ilə təşkil olunurdu. Bunlar beş kontinental yarışın qalibi və təşkilatçı ölkənin təmsilçisi idi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts