Dünya Güləş Birliyi azərbaycanlı hakimə təşəkkür edib

Tokio, 15 dekabr, /AJMEDIA/

Dünya Güləş Birliyi (UWW) beynəlxalq dərəcəli hakimlərə təşəkkür edib.

AJMEDIA xəbər verir ki, UWW bu barədə rəsmi instaqram hesabında paylaşım edib.

On referinin arasında Azərbaycan təmsilçisi Asif Şirəliyev də yer alıb. Qurum daha bir inanılmaz güləş ilini başa vurduqlarını, ədalət təmsilçilərinin hər yarışa enerji və həvəs gətirdiyini vurğulayıb.

Qeyd edək ki, Asif Şirəliyev Azərbaycanın yeganə Olimpiya kateqoriyalı güləş hakimidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts