Daha 6 cüdoçumuz Qran-Pri turnirində mübarizəyə başlayır

Tokio, 16 iyul , /AJMEDIA/

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri turnirinin ikinci günündə 6 idmançımız mübarizəyə başlayacaq.
AJMEDIA xəbər verir ki, kişilər arasında Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Səid Mollayi, Zelim Tckayev (81 kq), qadınların yarışında isə Aytac Qardaşxanlı (63 kq), Südabə Ağayeva (70 kq) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, komandamızın aktivində artıq 1 qızıl medal var. Belə ki, 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Yaşar Nəcəfov Qran-Pri turnirinin qalibi olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts