Çində palçıq axını 2 nəfərin ölümünə, 12 nəfərin itkin düşməsinə səbəbə olub

Tokio, 27 Sentyabr, /AJMEDIA/

Çinin Siçuan vilayətində baş verən palçıq axını nəticəsində 2 nəfər ölüb, 12 nəfər itkin düşüb.

AJMEDIA vilayət hökumətinin yaydığı məlumata istinadla xəbər verir ki, Tiançuan rayonundakı Lontou vadisində günorta saatlarında baş verən təbii fəlakətə ərazidə yağan aramsız yağışlar səbəb olub. Hadisə yerinə gələn mülki müdafiə qüvvələri 3 nəfəri xilas edib, 2 nəfərin meyiti tapılıb. İtkin düşənlərin axtarışları davam edir.

Tiançuan rayonunda yağan şiddətli yağışlar 16 torpaq sürüşməsi meydana gətirib. Nəticədə 4,5 kilometr uzunluğunda avtomobil yoluna, 25 kilometrlik elektrik xəttlərinə, mobil rabitə operatorlarının 36 baza stansiyasına ciddi ziyan dəyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts