Çin vətəndaşlarını Sudandan təxliyə edir

Tokio, 24 aprel , /AJMEDIA/

Çin hökuməti vətəndaşlarının silahlı münaqişənin davam etdiyi Sudandan təxliyəsinə başlayıb.
AJMEDIA Çin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Çin vətəndaşlarının ilk qrupu artıq Sudandan qonşu ölkələrə təxliyə edilib.
Nazirliyin rəsmisi Mao Nin bildirib ki, Sudandakı münaqişə səbəbindən yaranmış vəziyyətlə əlaqədar Çin vətəndaşlarının təhlükəsizliyi üçün fövqəladə mexanizm fəaliyyətə başlayıb. Sudandakı çinlilərin təxliyəsinin əlaqələndirilməsi üçün işçi qrupu ezam olunub.
Qeyd edək ki, aprelin 15-də Merov və Xartum şəhərlərində hökumətə bağlı yarımhərbi çevik dəstək qüvvələri ilə Sudan ordusu arasında toqquşmalar başlayıb. Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlər başlayandan bəri ölkədə 600-dən çox insan həlak olub. Ümumdünya Səhiyyə Təşkilatı isə 420 nəfərin münaqişə qurbanı olduğunu, 3,7 mindən çox insanın yaralandığını bildirib. Vəziyyətlə əlaqədar müxtəlif dövlətlər öz vətəndaşlarını Sudandan təxliyə etməyə başlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts