Çimərlik futbolu üzrə Azərbaycan millisi yoldaşlıq oyununda Səudiyyə Ərəbistanı yığmasını məğlub edib

Tokio, 1 avqust , /AJMEDIA/

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Səudiyyə Ərəbistanı yığması ilə yoldaşlıq oyununu keçirib.
AJMEDIA xəbər verir ki, Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 4:1 hesabı ilə komandamızın xeyrinə başa çatıb.
Millimizin qollarını Hüseyn Axundov (2), Amid Nəzərov və Ramil Əliyev vurub.
Komandalar arasında növbəti oyun bu gün keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts