CAR-da daşqınlar nəticəsində 20 nəfər həlak olub

Tokio, 12 aprel , /AJMEDIA/

Cənubi Afrika Respublikasının (CAR) şərqində leysan yağışların səbəb olduğu daşqınlar azı 20 nəfərin həyatına son qoyub.

AJMEDIA xəbər verir ki, yerli eNCA telekanalının hakimiyyət orqanlarına istinadla yaydığı məlumatına görə, təbii fəlakət nəticəsində daha iki nəfər itkin düşüb.

Daşqınların ən çox ölkənin əsas limanı olan Durbanın ətrafına zərər vurduğu bildirilir. Orada yaşayış məhəllələri qismən su altında qalıb. Bir çox yerlərdə torpaq sürüşmələri baş verib, qum üzərində bünövrəsiz tikilmiş binalar dağılıb. Bir neçə yerdə çaylar məcrasından çıxıb, avtomobil yollarını su basıb.

Bələdiyyə xidmətləri zərər çəkənlərə kömək göstərir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts