Bu gün “Neftçi”nin UEFA Konfrans Liqasındakı potensial rəqibləri müəyyənləşəcək

Tokio, 2 avqust , /AJMEDIA/

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
AJMEDIA xəbər verir ki, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Neftçi”nin də rəqibi bəlli olacaq.
Bakı təmsilçisi üçüncü təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasını üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətində yer alacaq.
Potensial rəqiblər isə Fransanın “Nitsa” komandası, “Hayduk” (Split, Xorvatiya) – “Vitoriya” (Portuqaliya) cütünün qalibi, “Vaduts” (Lixtenşteyn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi və “Vikinq” (Norveç) – “Sliqo Rovers” (İrlandiya) cütünün qalibi olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də keçiriləcək. “Neftçi”nin “Rapid”lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts