Bu gün Azərbaycan Premyer Liqasında üçüncü turun təxirə salınmış oyunu keçiriləcək

Tokio, 9 noyabr , /AJMEDIA/

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü turun təxirə salınmış oyunu keçiriləcək.
AJMEDIA xəbər verir ki, “Qarabağ” klubu “Turan Tovuz”un qonağı olacaq. Saat 14:30-da başlayacaq matçı baş hakim Tural Qurbanov idarə edəcək.
Bu komandalar arasında 11-ci turda keçirilən görüşdə Ağdam təmsilçisi evdə 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, “Qarabağ” 36 xalla turnir cədvəlinin birinci pilləsində yer alıb. Tovuz təmsilçisi isə 15 xalla altıncıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts