Brovarıda helikopter qəzasında həlak olanlarla vida mərasimi təşkil edilib

Tokio, 21 yanvar , /AJMEDIA/

Yanvarın 21-də Kiyevdə “Ukrayna Evin”də Brovarıda helikopter qəzası nəticəsində həlak olan Daxili İşlər Nazirliyinin rəhbərliyi və əməkdaşları ilə vida mərasimi keçirilib.
AJMEDIA-nın müxbirinin verdiyi məlumata görə, əvvəlcə Daxili İşlər Nazirliyinin rəhbərliyi və əməkdaşlarının tabutları zala gətirilərək postamentlərə qoyulub.
Sonra Ukrayna Prezidenti Volodimir Zelenski və xanımı Yelena Zelenskaya vidalaşmağa gəliblər və həlak olanların ailələrinə başsağlığı veriblər.
Vida mərasimində Ukrayna Prezident Ofisinin rəhbərliyi, hərbi geyimli şəxslərlə yanaşı, polislər, xilasedicilər və nazirliyin digər əməkdaşları, din xadimləri, Ali Radanın deputatları, minlərlə sakin iştirak edib.
Vida mərasimində Azərbaycanın Daxili İşlər Nazirliyinin rəhbərliyi adından əklil qoyulub, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun adından Ukrayna daxili işlər nazirini müvəqqəti əvəz edən İqor Klimenkoya başsağlığı verilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts