Bosniya və Herseqovinada bir milyon dozadan çox COVID-19 peyvəndi yararsız hala düşüb

Tokio, 5 avqust , /AJMEDIA/

Bosniya və Herseqovinada bir milyon dozadan çox COVID-19 infeksiyası əleyhinə vaksin istifadə müddəti bitdiyi üçün yararsız hala düşüb.
AJMEDIA xəbər verir ki, ölkədə virusa yoluxma halları artığı üçün həkimlər insanları vaksinasiyadan keçməyə çağırırlar.
Pandemiyanın başlanğıcında Bosniya və Herseqovina sakinləri peyvənd üçün qonşu ölkələrə getdiyi halda hazırda vəziyyət başqadır. Lakin buna baxmayaraq, bu vaxta kimi ölkə əhalisinin 40 faizi ən azı bir doza peyvənd qəbul edib. Bunlar əsasən yaşlı insanlardır.
Yaşı 18-34 olanlar isə peyvənd olunmağa maraq göstərmirlər. Buna görə də indiyədək ölkədə bir milyon dozadan çox COVID-19 peyvəndi istifadə müddəti keçdiyi üçün məhv edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts