“Borjomi” maliyyə çətinlikləri səbəbindən istehsalatı dayandırıb

Tokio, 29 aprel , /AJMEDIA/

“Borjomi” kompaniyası Ukraynadakı vəziyyətlə bağlı yaranan maliyyə çətinlikləri səbəbindən Gürcüstanda olan hər iki zavodunun fəaliyyətini dayandırıb.
AJMEDIA Gürcüstan KİV-nə istinadla xəbər verir ki, kompaniyanın məlumatına görə, Ukraynada müharibə başlayandan bəri istehlak bazarında yaranan vəziyyət bank hesablarına girişin məhdudlaşdırılması nəticəsində daha da mürəkkəbləşib. Nəticədə kompaniyanın gəlir əldə etməsində və kreditorlarla hesablaşmasında problemlər yaranıb.
“Kompaniya bu günə qədər vəziyyəti düzəltmək ümidi ilə işləməyə davam edib, təəssüf ki, hələ də buna nail ola bilməmişik. “Borjomi” aprelin 29-dan etibarən hər iki qablaşdırma zavodunda istehsalat prosesini müvəqqəti dayandırmağa məcburdur”, – deyə məlumatda bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts