Boris Conson Baş nazir postuna namizəd olmayacaq

Tokio, 24 oktyabr , /AJMEDIA/

Boris Conson Baş nazir postuna namizədliyini irəli sürməyəcəyini açıqlayıb.
AJMEDIA Sky News telekanalına istinadla xəbər verir ki, Boris Conson Baş nazir postu uğrunda seçkilərdə şansının böyük olduğunu düşünür.
Keçmiş Baş nazir diqqətə çatdırıb ki, bununla belə namizədliyini irəli sürməyəcək. Buna səbəb parlamentdə vahid partiyanın olmamasıdır.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Liz Trass oktyabrın 20-də istefa verdiyini bildirib. O, hökumətə 45 gün rəhbərlik edib ki, bu da Birləşmiş Krallıq tarixində ən qısa müddətdir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts