Boksçumuz Fuad Tarverdi peşəkar rinqdə növbəti qələbəsini qazanıb

Tokio, 18 Sentyabr, /AJMEDIA/

İstanbulda Türkiyə Gənclər və İdman Nazirliyi, Türkiyə Boks Federasiyası və “Kadıköy” Peşəkar Boks Klubu tərəfindən turnir keçirilib.

AJMEDIA xəbər verir ki, 20-yə yaxın ölkədən idmançıların qatıldığı turnirdə Azərbaycanı peşəkar boksçumuz, “The Flash” ləqəbli Fuad Tarverdi təmsil edib. Türkmənistanlı rəqibi Ramazan Bazarovu birinci raundun 45-ci saniyəsində nokaut edən boksçumuz növbəti qələbəsini qazanıb.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Peşəkar Boks Federasiyası, “VKB” (Victory For Karabakh) şirkəti və “Bizon Energy”nin dəstəyi ilə yarışa qatılan idmançımız “Qızıl əlcək” idman klubunun təmsilçisi və Əməkdar məşqçi Rəhim Allahverdiyevin yetirməsidir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts