BMT-nin Baş katibi Moldova Prezidenti ilə işçi görüş keçirib

Tokio, 20 avqust , /AJMEDIA/

BMT-nin Baş katibi Antoniu Quterriş avqustun 19-da axşam Moldovaya planlaşdırılmamış səfər edib.
AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, Baş katib səfər çərçivəsində Moldova Prezidenti Maya Sandu ilə işçi görüş keçirib. Bu barədə məlumat verən dövlət başçısının mətbuat katibi danışıqların təfərrüatının sonra açqlanacağını bildirib.
Antoniu Quterriş Moldova paytaxtından İstanbula gedəcək və Birgə koordinasiya mərkəzinə baş çəkərək Ukrayna taxılının ixracı sazişinin necə yerinə yetirildiyini izləyəcək.
BMT-nin Baş katibi Kişineuya Lvovdan gəlib. Orada Ukraynadan ərzaq daşıyan gəmilərin yola salınması ilə tanış olan Quterriş avqustun 18-də Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidentı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Üçtərəfli danışıqlarda taxıl sazişinin gedişi və Zaporojye AES ətrafındakı vəziyyət müzakirə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts