Basketbol üzrə Azərbaycan çempionatının başlanma tarixi məlum olub

Tokio, 10 oktyabr , /AJMEDIA/

Basketbol üzrə Azərbaycan çempionatının başlanma tarixi müəyyənləşib.
Azərbaycan Basketbol Federasiyasından AJMEDIA-ya bildiriblər ki, yarış oktyabrın 12-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində start götürəcək. 28-ci Azərbaycan çempionatının açılış oyununda “Sərhədçi PİK” və “NTD BK” komandaları üz-üzə gələcəklər. Birinci turun digər görüşləri isə oktyabrın 15-də keçiriləcək.
Qeyd edək ki, sonuncu dəfə basketbol üzrə Azərbaycan çempionatı 2019-cu ildə təşkil olunub və pandemiya səbəbindən erkən başa çatıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts