Bakıda “Sağlam həyat” günlərinə start verilib

Tokio, 6 aprel , /AJMEDIA/

6 Aprel – Beynəlxalq İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyi “Sağlam həyat” günlərinə start verib.

AJMEDIA xəbər verir ki, aprelin 10-dək Dənizkənarı Milli Parkda təşkil edilən tədbirdə hər kəs iştirak edə bilər. Tədbirə qoşulanlar öz yaş qrupları üzrə idman normativlərini yerinə yetirərək fiziki bacarıqlarını sınaya bilərlər.

Sınaqlar 11 yaş qrupu – 6-8, 9-10, 11-12, 13-15, 16-17, 18-29, 30-39, 40-49, 50-59, 60-69 və 70-dən yuxarı yaş kateqoriyaları üzrə təşkil olunacaq.

İdman normativləri qaçış, yerindən uzunluğa tullanma, ağırlıqqaldırma, turnik, top atma, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi (“jim” və “press”) proqramları üzrə aparılır.

İştirak etmək üçün öncədən qeydiyyata ehtiyac yoxdur. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim edilir.

Qeyd edək ki, İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Günü idman təqvimində yeni tarixdir. 2013-cü il avqustun 23-də BMT-nin Baş Məclisi aprelin 6-nı Beynəlxalq İdman Günü kimi qeyd etməyi yekdilliklə qərara alıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts