Bədii gimnastlarımız Rumıniyada 5 medal qazanıblar

Tokio, 28 aprel , /AJMEDIA/

Rumıniyanın paytaxtı Buxarestdə uşaqlar, yeniyetmələr və gənclər arasında bədii gimnastika üzrə 21-ci “Irina Deleanu Cup” adlı beynəlxalq turnir keçirilib.
AJMEDIA Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda ölkəmizi təmsil edən gimnastımız Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasına görə isə bürünc medal qazanıb.
Komandamızın digər üzvləri Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə çıxışına görə üçüncü olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts