Azərbaycanın qadın millisi Maltaya qalib gələrək qrupda dördüncü pilləyə yüksəlib

Tokio, 3 sentyabr , /AJMEDIA/

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsinin matçında Maltaya qalib gəlib.
AJMEDIA xəbər verir ki, oyunda Azərbaycan yığması rəqibini 2:0 hesabı ilə məğlub edib.
Qolları 10-cu dəqiqədə Kristina Bakarandze və 60-cı dəqiqədə Diana Məmmədova vurub. Bu qələbədən sonra Azərbaycan millisi xalını 6-ya yüksəldərək Maltanı turnir cədvəlində qabaqlayıb. Hazırda qadın yığması qrupda 4-cü pillədədir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts