Azərbaycanın iki qadın güləşçisi Avropa çempionatında yarımfinala yüksəlib

Tokio, 20 aprel , /AJMEDIA/

Azərbaycanın iki qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
AJMEDIA xəbər verir ki, çempionatda 53 kiloqram çəki dərəcəsində çıxış edən Türkan Nəsirova Şimali Makedoniya təmsilçisi Mariya Spirkovska və ispaniyalı Marina Floresə qalib gələrək yarımfinala adlayıb. Növbəti mərhələdə idmançımızın rəqibi isveçli Emma Malmqren olacaq.
Çempionatda mübarizəyə dörddəbir finaldan başlayan Jalə Əliyeva (57 kq) almaniyalı Yelena Brüggerdən güclü olub. O, yarımfinalda Yovita Vrzeşienlə (Polşa) qarşılaşacaq.
Nigar Mirzəzadə (72 kq) təsnifatda Lyudmila Tiçinaya (Ukrayna), Elis Manolova (65 kq) isə dörddəbir finalda İrina Rinqaciyə (Rumıniya) uduzub. Rəqibləri finaladək irəliləyə bilsə, N.Mirzəzadə və E.Manolova bürünc medal üçün təsəlliverici görüşə qatılacaqlar. Birgül Soltanova (62 kq) isə təsnifatda Viktoriya Vessoylaya (Estoniya) məğlub olub. Estoniyalı idmançı növbəti raundda uduzduğundan, Soltanovanın medal şansı qalmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts