Azərbaycanın futbol üzrə U-21 millisi seçmə mərhələdə növbəti oyununu keçirib

Tokio, 26 mart , /AJMEDIA/

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisi martın 26-da Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

AJMEDIA xəbər verir ki, Samir Əliyevin başçılıq etdiyi komanda doğma meydanda Ukrayna ilə görüşüb. “Azərsun Arena”da keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 3:0.

Qeyd edək ki, Azərbaycan milisi 6 oyundan sonra 3 xalla qrupda sonuncu – altıncı pillədə qərarlaşıb. Ukrayna yığması isə 18 xalla turnir cədvəlinə başçılıq edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts