Azərbaycan Premyer Liqası: “Zirə” “Kəpəz”i, ” Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edəcək

Tokio, 16 mart , /AJMEDIA/

Azərbaycan Premyer Liqasında XXVII turun növbəti oyunları keçiriləcək.

AJMEDIA xəbər verir ki, günün ilk matçında “Zirə” Tofiq Bəhramov adına Respublika Stadionunda “Kəpəz”i qəbul edəcək. Görüşün start fiti 16:00-da veriləcək.

Hazırda “Zirə” 36 xalla altıncı, Gəncə təmsilçisi isə 27 xalla doqquzuncu pillədə qərarlaşıb.

Günün ikinci qarşılaşmasında isə “Qəbələ” “Araz-Naxçıvan”ın qonağı olacaq. “Liv Bona Dea Arena”da reallaşacaq oyun 18:30-da başlayacaq. Naxçıvanlılar 31 xalla səkkizinci, hesabında 15 xal olan “Qəbələ” isə sonuncu sırada yer alıb.

Qeyd edək ki, turun açılış matçında “Neftçi” “Səbail”i 3 cavabsız qolla məğlub edib – 3:0. Martın 17-də turun digər oyunları keçiriləcək. “Turan Tovuz” “Qarabağ”ı, “Sumqayıt” “Sabah”ı qəbul edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts