Azərbaycan Premyer Liqası: Bu gün “Turan Tovuz” klubu “Səbail”i, “Sabah” isə “Zirə”ni qəbul edəcək

Tokio, 15 oktyabr , /AJMEDIA/

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha 2 oyunu keçiriləcək.
AJMEDIA xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” komandası “Səbail”i qəbul edəcək. Hesabında 11 xal olan Tovuz təmsilçisi turnir cədvəlində 6-cı pillədə yer alıb. “Səbail” ilə 8 xalla yeddincidir.
Komandalar arasında yeganə qarşılaşma cari mövsümə təsadüf edib. “Turan Tovuz” komandası səfərdə 1:0 hesabı ilə qalib gəlib.
Turun digər oyununda “Zirə” klubu “Sabah”ın qonağı olacaq. “Sabah” hazırda 22 xalla turnir cədvəlində ikinci, “Zirə” isə 16 xalla 4-cü pillədə qərarlaşıblar.
İki komanda indiyədək ölkə çempionatında 16 dəfə qarşılaşıb. Bunların 7-də “Sabah”, 4-də isə “Zirə” qələbə qazanıb. Beş oyun heç-heçə başa çatıb. Topların nisbəti də “Sabah”ın xeyrinədir – 25:21.
Tərəflər arasındakı son 7 görüşdə ən azı 2 qol qeydə alınıb. Ardıcıl iki dəfə eyni hesabla uduzan “Zirə” son 8 oyunda meydanı qolsuz tərk etməyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts