Azərbaycan millisinin Qazaxıstan ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb

Tokio, 10 sentyabr , /AJMEDIA/

Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının əsas mərhələsinin qrup oyunlarına hazırlıq məqsədi ilə sentyabrın 12-dən 16-dək Bakıda, 16-dan 20-dək isə Qazaxıstanın Aktau şəhərində təlim-məşq toplanışı olacaq.
AJMEDIA xəbər verir ki, millimiz təlim-məşq toplanışı çərçivəsində sentyabrın 19-da və 20-də səfərdə Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Oyunlar Aktau şəhərindəki “Halyk Arena”da keçiriləcək və yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 16:00) başlayacaq.
Millimizin hazırlıq prosesinə Rövşən Hüseynli, Ramiz Çovdarov (hər ikisi “Araz-Naxçıvan”), Emin Kürdov (“Neftçi”), Cohnatas Felipe, Xəzər Ağalızadə (hər ikisi “Araz-Naxçıvan”), Amir Shojaei, Hadi Ahmadi (hər ikisi “Bayterek”, Qazaxıstan), Eduardo Borges (“Halle-Gooik”, Belçika), Rafael Vilela (“Kayrat”, Qazaxıstan), Everton Cardoso (“Bintang Timur”, İndoneziya), Oktay Rüstəmli (“Araz-Naxçıvan”), Sezar De Angelis Zhonatan (“Ayat”, Qazaxıstan) və Nurlan Mehdizadə (“Neftçi”) dəvət olunublar.
Qeyd edək ki, Sezar De Angelis Zhonatan, Amir Shojaei və Hadi Ahmadi komandaya Qazaxıstanda qoşulacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts