Azərbaycan millisinin heyətində dəyişiklik olub

Tokio, 26 iyul , /AJMEDIA/

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.
AJMEDIA AFFA-nın saytına istinadla xəbər verir ki, “Zirə” klubunun qapıçısı Səlim Həşimov UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsraildə keçiriləcək “Makkabi” (Təl-Əviv) – “Zirə” oyunu üçün əsas komandaya cəlb olunduğundan millinin düşərgəsini tərk edib. Onun yerinə “Turan Tovuz”dan Ümid Cəfərov heyətə cəlb olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts