Azərbaycan millisi bu gün Monqolustanla qarşılaşacaq

Tokio, 22 mart , /AJMEDIA/

Bakıda ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün ilk matçlar baş tutacaq.

AJMEDIA xəbər verir ki, Azərbaycan millisi doğma meydanda Monqolustan seçməsini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, digər oyunda isə Bolqarıstan və Tanzaniya yığmaları qarşılaşacaqlar. Görüş Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”sında baş tutacaq və saat 17:00-da başlayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts