Azərbaycan ilə İtaliya arasında idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Tokio, 18 dekabr, /AJMEDIA/

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri ilə görüşüb.

AJMEDIA xəbər veri ki, MOK-dan AZƏRTAC-a bildiriblər ki, vitse-prezident iki ölkənin Milli Olimpiya komitələri arasında imzalanan anlaşma memorandumunu xatırladıb. Ç.Hüseynzadə Prezident İlham Əliyevin İtaliyaya ilk dövlət səfəri zamanı imzalanmış sənədin MOK ilə İtaliya Milli Olimpiya Komitəsi (CONI) arasında Olimpiya Hərəkatının inkişafını, idmanın mənəvi və etik dəyərlərinin mühafizəsini dəstəkləməyi nəzərdə tutan məqamlarından bəhs edib.

MOK-un baş katibi Azər Əliyev və marketinq idarəsinin rəhbəri Mehman Kərimov İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 30 ilinin tamam olduğu 2022-ci illə bağlı bir sıra əməkdaşlıq təkliflərini səfirə təqdim etdikdən sonra müzakirələr aparılıb.

Səfir MOK-un yenidən seçilmiş vitse-prezidenti Çingiz Hüseynzadəni və baş katib Azər Əliyevi təbrik edərək onlara işlərində uğurlar arzulayıb. Diplomat, eyni zamanda, MOK ilə İtaliya səfirliyi arasında bir sıra əməkdaşlıq təklifləri ətrafında fikir mübadiləsi aparılmasının əhəmiyyətini vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts