Azərbaycan idmançısı Almaniyada keçirilən beynəlxalq turnirdə üçüncü yeri tutub

Tokio, 20 mart , /AJMEDIA/

Azərbaycan atıcısı Ruslan Lunyov Almaniyanın Dortmund şəhərində keçirilən “ISAS-2024” beynəlxalq turnirində növbəti dəfə fəxri kürsüyə qalxıb.

AJMEDIA xəbər verir ki, o, kişilər arasında 25 metr məsafəyə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda bürünc medalın sahibi olub.

Qeyd edək ki, daha öncə Nigar Nəsirova və Ruslan Lunyov tandemi 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında qızıl mükafata yiyələnib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts