Azərbaycan futbolçusu UEFA-nın açıqladığı siyahıda yer alıb

Tokio, 26 dekabr, /AJMEDIA/

2021-ci ildə milli komandada ən çox qol vuran avropalı futbolçuların siyahısı açıqlanıb.

AJMEDIA xəbər verir ki, cədvələ UEFA-ya üzv olan 55 yığmanın ən yaxşı 16 bombardiri daxil edilib.

Siyahıya il ərzində millidə ən azı 7 qol vuranlar düşüb. “Top-16”nın zirvəsində Memfis Depay qərarlaşıb. Niderlandlı öz yığmasında 17 qola imza atıb.

Siyahıda Azərbaycan da təmsil olunub. Millimizin ən yaxşı bombardiri Emin Mahmudov Avropanın “Top-16”da yer alıb.

Yeddi qol vuran yarımmüdafiəçi 14-16-cı yerləri bölüşür. Onun şərikləri Emil Forsberq və Yoakim Mehledir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts