Azərbaycan döyüşçüsü Rafael Fiziyev UFC-nin reytinq cədvəlində 3 pillə irəliləyib

Tokio, 12 iyul , /AJMEDIA/

UFC (Mütləq Döyüş Çempionatı) MMA döyüşçülərinin yeni reytinq cədvəlini açıqlayıb.
AJMEDIA xəbər verir ki, Azərbaycan döyüşçüsü Rafael Fiziyev yüngül divizionun reytinq cədvəlində 3 pillə irəliləyərək yeddinci yerə yüksəlib.
Qeyd edək ki, iyulun 10-da ilk dəfə Azərbaycanı təmsil edən 29 yaşlı idmançı ABŞ-ın Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla üz-üzə gəlib. R.Fiziyev “UFC Vegas 58” turnirinin sonuncu – 5-ci raundunda rəqibini nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts