Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib

Tokio, 1 mart , /AJMEDIA/

Kişi və qadın voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib. Dördüncü dövrənin oyunlarına martın 2-də və 3-də start veriləcək.
AJMEDIA Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, martın 2-də qadın voleybolçular arasında Yüksək Liqada X turun oyunları keçiriləcək. Həmin gün ilk olaraq meydana “Azərreyl” və “Murov” klubları çıxacaqlar. Görüş saat 16:00-da başlanacaq. Turun növbəti qarşılaşmasında isə “Abşeron” və UNEC üz-üzə gələcəklər. Bu oyunun start fiti isə saat 18:00-da çalınacaq.
Kişi voleybolçular arasında Yüksək Liqada X turun oyunları martın 3-də keçiriləcək. Voleybol Mərkəzində təşkil olunacaq turun ilk matçı saat 16:00-da “Neftçi” və “Murov” komandaları arasında olacaq. Saat 18:00-da isə MOİK – “Xarı bülbül” dueli start götürəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts