Azərbaycan boksçusu lisenziya turnirində rəqibini mübarizədən kənarlaşdırıb

Tokio, 8 mart , /AJMEDIA/

Azərbaycan boksçusu Ümid Rüstəmov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb.

AJMEDIA xəbər verir ki, 57 kiloqram çəkidə mübarizə aparan yığma üzvü 1/16 finalda Bakari Hassanı (Keniya) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən Ü.Rüstəmov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, növbəti görüşünə martın 10-da çıxacaq. Boksçumuz 1/8 finalda tacikistanlı Asror Vohidovla üz-üzə gələcək.

Qeyd edək ki, bu gün yığmanın daha bir boksçusu qüvvəsini sınayacaq. Marjona Savriyeva (50 kiloqram) Meylin Çala Susanla (Ekvador) döyüşəcək

Follow us on social

Facebook Twitter Youtube

Related Posts