Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Tokio, 8 may , /AJMEDIA/

Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır.

AJMEDIA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatında deyib.

“Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon idi”, – deyə dövlətimizin başçısı əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts