Azərbaycan boksçuları Avropa birinciliyinə Özbəkistan və Serbiya yığmaları ilə birgə Bakıda hazırlaşırlar

Tokio, 23 mart , /AJMEDIA/

Gənc boksçulardan ibarət Özbəkistan və Serbiya milli komandaları Azərbaycanda səfərdədir.

Azərbaycan Boks Federasiyasından AJMEDIA-ya bildiriblər ki, qonaqlar Bakı Boks Mərkəzində Avropa birinciliyinə hazırlaşan yığmamızla birgə məşq edirlər.

20 idmançıdan ibarət heyətlə ölkəmizə gələn özbəklər və serblər təlim-məşq toplanışı çərçivəsində millimizin üzvləri ilə sınaq döyüşlərində də güclərini yoxlayırlar. Komandalar martın 31-dək birgə hazırlıq keçəcəklər.

Azərbaycan yığmasının baş məşqçisi Elbrus Rzayev birgə hazırlığın gələcək uğurlar üçün faydalı olacağını bildirib. Onun sözlərinə görə, məhz belə toplanışlarda boksçuların güclü və zəif cəhətləri daha çox nəzərə çarpır, onlar üzərində xüsusi işlənilir.

Qeyd edək ki, Avropa birinciliyi aprelin 2-15-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts