Azərbaycan birinciliyində 270-dən artıq cüdoçu mübarizə aparacaq

Tokio, 21 fevral , /AJMEDIA/

Fevralın 22-də 21 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
AJMEDIA Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, yarışda 64 klub, cəmiyyət və idman təşkilatından 270-dən artıq idmançı medallar uğrunda mübarizə aparacaq.
Birinciliyin ilk iki günündə fərdi, ayın 24-də isə komanda yarışları keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarışı izləmək üçün arenaya giriş sərbəst olacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts