Avstriya millisinin futbolçusu milli komandalar tarixində ən sürətli qola imza atıb

Tokio, 24 mart , /AJMEDIA/

Avstriya millisinin yarımmüdafiəçisi Kristof Baumqartner milli komandalar tarixində ən sürətli qolu imza atıb.

AJMEDIA xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ötən gün Slovakiya yığması ilə keçirilən yoldaşlıq görüşünün altıncı saniyəsində rəqibi cəzalandırıb.

Bununla da o, milli komandalar tarixində ən erkən qolun müəllifi olub.

Görüş Avstriya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, əvvəlki rekord 2013-cü ildə Ekvadorla matçın yeddinci saniyəsində fərqlənən Almaniya millisinin sabiq üzvü Lukas Podolskiyə məxsus idi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts