“Avro-2024”: Belarus milli komandası ev oyunlarını Macarıstanda keçirəcək

Tokio, 4 may , /AJMEDIA/

UEFA tərəfindən cəzalandırılan və ev oyunlarını doğma meydanda keçirə bilməyən Belarus yığmasının “Avro-2024”ün seçmə mərhələsi çərçivəsindəki növbəti matçlarının məkanı müəyyənləşib.
AJMEDIA xəbər verir ki, komanda İsrail və Kosovo ilə ev oyunlarını Macarıstanın paytaxtı Budapeştdə keçirəcək.
Bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, artıq UEFA bununla bağlı müvafiq razılıq verib.
Hər iki qarşılaşma Budapeştdəki “Ferents Susa” stadionunda baş tutacaq. İsraillə qarşılaşma iyunun 16-da, Kosovo ilə görüş isə üç gün sonra keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts