“Araz-Naxçıvan” daha bir braziliyalı futzalçı ilə anlaşıb

Tokio, 18 iyul , /AJMEDIA/

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futzalçı ilə anlaşıb.
AJMEDIA Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, ölkə çempionu Varqas Amenqual Andreu ilə ortaq məxrəcə gəlib. Ampluası hücumçu olan braziliyalı forvardın son klubu vətənində “Horizontina” olub. İyirmi beş yaşlı oyunçu ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək Rövşən Hüseynli, Xəzər Ağalızadə, Cavad Məmmədov, eləcə də braziliyalı Mateus Katatau, Vitao və Viktor Uqo Piresa ilə münasibətlərini rəsmiləşdirib. Əvəzində karyerasını başa vuran Rizvan Fərzəliyev, eləcə də müqaviləsi başa çatan Murilo Borges, Dmitri Bondarev və Maneka ilə yeni anlaşma imzalanmayıb. Komanda yeni mövsümün hazırlığına avqustun 10-da start verəcək

Follow us on social

Facebook Twitter Youtube

Related Posts