Anomal isti hava şəraiti Avropada qazın spot qiymətlərini kəskin ucuzlaşdırıb

Tokio, 24 oktyabr , /AJMEDIA/

Avropada anomal isti hava şəraiti qazın spot qiymətlərini kəskin ucuzlaşmasına səbəb olub.
AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, spot qiymətlər illik dövrlə müqayisədə minimunları yeniləməkdə davam edir. Avropada hazırda havanın orta temperaturu ötən illə müqayisədə təxminən 3 dərəcə yüksəkdir. Oktyabrın son günlərində isə sinoptiklər regiona demək olar ki, yay istisinin yeni dalğasının gələcəyini proqnozlaşdırır. İsti hava fonunda Avropdada qazın spot qiyməti 2021-ci ilin iyunundan bəri ən aşağı səviyyəyə düşüb. Niderlandın habında istirahət günlərində tədarük müqavilələri min kubmetrə görə 342, bazar ertəsi günü isə 394 dollar təşkil edib.
İndiyə qədər bütün Avropa ölkələri öz anbarlarını ya standart 80 faizə qədər, ya da maksimum səviyyəyə qədər doldurub. Həmçinin qəbul terminallarının çənlərində maye qaz ehtiyatları son üç ilin ən yüksək səviyyəsinə çatıb. “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, Avropanın maye qaz terminalları oktyabr ayında təxminən 61 faiz tutumla işləyib. Avqust və sentyabr aylarında isə bu göstərici 59 faiz təşkil edib.
Eyni zamanda, “WindEurope” assosiasiyası ötən həftə külək turbinlərinin Avropa İttifaqında enerji balansının 18,5 faizini təmin etdiyini, oktyabrın 10-16-da isə bunun 14,7 faiz olduğunu bildirib.
Əlverişli hava şəraiti Avropaya yeraltı anbarları qazla doldurmaq imkanı yaradır. Avqustun sonunda regiondakı qaz anbarlarında ehtiyatların orta səviyyəsi minimum hədəf səviyyəsinə – 80 faizə çatıb. Hazırda Avropada mavi yanacaq ehtiyatları orta hesabla 93,43 faizə – 100 milyard kubmetrə yüksəlib.
Avstriya, Belçika, Bolqarıstan, Macarıstan, Çexiya, Xorvatiya, Danimarka, Fransa, Almaniya, İtaliya, Niderland, Polşa, Portuqaliya və İspaniyadakı anbarların doldurulma səviyyəsi nəzərdə tutulan 80 faizi keçib. Avropa İttifaqında qaz ehtiyatının ən aşağı olduğu Latviyadakı “Incukalns” anbarında isə mavi yanacağın həcmi 56 faizdir. Bu anbar, eyni zamanda, Latviya, Litva, Estoniya və Finlandiyanın qazla təchizatını həyata keçirir.
ABŞ-da anbarların qazla doldurulma tempi ardıcıl olaraq ikinci həftədir azalır. Oktyabrın 14-də dərc olunan məlumata görə, ötən hesabat həftəsində yeraltı anbarlara 3,1 milyard kubmetr qaz vurulub. Halbuki, öncəki iki həftə bu göstərici müvafiq olaraq 3,5 və 3,6 milyard kubmetr olub.
Hazırda Birləşmiş Ştatlarda mavi yanacaq ehtiyatlarının səviyyəsi 70 faizdən azdır ki, bu da Avropadakı 90 faizlik qaz ehtiyatlarından xeyli geri qalır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts