Ankara İsveç müdafiə nazirinin Türkiyəyə səfərini ləğv edib

Tokio, 21 yanvar , /AJMEDIA/

Stokholm şəhərində Türkiyə əleyhinə nümayişlər səbəbindən İsveç müdafiə nazirinin yanvarın 27-də Ankaraya planlaşdırılan səfəri ləğv edilib.
AJMEDIA Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Hülusi Akar Qərb ölkələri hərbi qurumlarının ABŞ-ın Almaniyadakı Ramştayn aviabazasında keçirilən görüşünün nəticələrinə həsr olunan brifinqdə deyib.
“Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı mənfur hərəkətə qarşı tədbirlərin görülməməsi bizi çox təəssüfləndirir. Bu səbəbdən İsveç müdafiə nazirinin Türkiyəyə səfərinin heç bir mənası yoxdur”, – deyə Hülusi Akar bildirib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts