Aleks Elbon: Bakı yürüşündən əvvəl əsas müzakirə mövzusu uik-endin yeni formatıdır

Tokio, 27 aprel , /AJMEDIA/

“Williams” komandasının pilotları Aleks Elbon və Loqan Sarcent Formula 1 Azərbaycan Qran-Prisi öncəsində özlərinin planları və gözləntilərini bölüşüblər.
AJMEDIA xəbər verir ki, Aleks Elbon deyib: “Bakı yürüşündən əvvəl əsas müzakirə mövzusu uik-endin yeni formatıdır. Cümə günü cəmi bir məşq var, ona görə də hər şeyi dərhal düzgün yerinə yetirmək vacibdir. Biz bu trasla simulyatorda çalışmışıq, ona yaxşı bələdik, lakin uik-endin necə keçəcəyini sonra görəcəyik.
Döngələrin əksəriyyəti asta – 90 dərəcəlidir, bu səbəbdən maşının effektiv olacağı təqdirdə bütün dairəni sürətlə qət etmək mümkün olacaq”.
Loqan Sarcent isə qeyd edib ki, Bakıda bu uik-end zamanı sükan arxasına qayıtmaq onu sevindirir. O əlavə edib: “Mən bu üç həftədə hazırlıq və mövsümün davamı üçün çalışmışam. Mərhələ maraqlı olmalıdır, axı bu, mənim şənbə sprinti ilə birinci uik-endimdir. Tras da yetərincə mürəkkəbdir. Mən bu çağırışı qəbul etməyi səbirsizliklə gözləyirəm”.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 28-də start götürür və iki təsnifat və iki yarış yürüşü olmaqla, yeni formatda keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts