Akrobatika gimnastlarımız Avropa çempionatında üç medal qazanıblar

Tokio, 4 Oktyabr, /AJMEDIA/

İkiillik fasilədən sonra keçirilmiş akrobatika gimnastikası üzrə Avropa çempionatı Azərbaycan millisi üçün uğurlu olub.

AJMEDIA Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, İtaliyanın Pesaro şəhərində təşkil olunan çempionatda ölkəmizi böyüklər arasında qarışıq cütlüklərin yarışında Ağasif Rəhimov və Raziyə Seyidli, Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü, gənclər yaş qrupunda isə qadın qrupu tərkibində Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanova təmsil ediblər.

Akrobatlarımız yarışın elə ilk günündən medal qazanıblar. Qadın qrupumuz temp hərəkətlərinə görə hakimlərdən 27,400 xal alaraq bürünc medal qazandılar.

A.Rəhimov və R.Seyidli isə komandamızın aktivinə həm gümüş, həm də bürünc medal yazdırıblar. Gimnastlarımız qarışıq hərəkətlər proqramı üzrə nümayiş etdirdikləri çıxışlarına görə 86,470 xal toplayaraq, fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar. Yarışın sonuncu günündə temp hərəkətlərinə görə bürünc medal qazanaraq, Pesaronun “Vitrifriqo Arena”sında üç rəngli bayrağımızın üçüncü dəfə ucalmasına nail olublar.

M.Rəfiyev və D.Abbasovdan ibarət kişi cütlüyümüz isə ən yaxşı nəticəsini qarışıq hərəkətlər proqramı üzrə göstərərək beşinci olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts