“AGF Trophy”: Azərbaycanın yeniyetmə gimnastları paralel qollarda qızıl və gümüş medallar qazanıblar

Tokio, 17 mart , /AJMEDIA/

Bakıda keçirilən idman gimnastikası üzrə “AGF Trophy” beynəlxalq turnirində yeniyetmələr arasında fərqli alətlər üzrə ilk qaliblər müəyyənləşib.

AJMEDIA xəbər verir ki, Azərbaycan millisinin üzvləri İlham Salayev paralel qollarda qızıl, Hüseyn Qəhrəmanov paralel qollarda gümüş, halqalarda bürünc, Albina Aliyeva dayaqlı tullanmada gümüş, müxtəlif hündürlüklü qollarda bürünc, Leyla Məmmədzadə müxtəlif hündürlüklü qollarda gümüş, Məhəmməd Rüstəmzadə sərbəst hərəkətlərdə gümüş, Emin Xankişiyev isə sərbəst hərəkətlərdə bürünc medal qazanıb.

Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Ukrayna, Özbəkistan və Gürcüstandan ümumilikdə 88 idmançı mübarizə aparır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts